test HR Archives - intellekt-rm.edu.az | intellekt-rm.edu.az

Category Archives: HR

Intellekt RM-də HR kursları

İnsan resursları nədir?

İnsan resursları — anlayışı, günümüzdə müəssisənin – məmul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insanı əhatə edir. İnsan istehsal prossesinin həm ayrılmaz bir hissəsidir,  həm də ki, eyni zamanda istehsalın hədəfidir. İnsan resursları termini təşkilat daxili və xaricdən potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir.

İnsan resurslarının idarə edilməsi — iş yerində insana yönəlmiş bütün işləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri koordinə edir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüssisiyəti insanı əsas tutmasıdır. Lakin bu, təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.



Bütün bu proseslərin idarə olunmasında, insan resursları sahəsində təcrübənin öyrədilməsində Sizlərə yardımçı ola bilərik.

HR 16 saatliq proqramdir. Həftədə 2 dəfə bir saat tədris olunur.

Fərdi ödəniş 150 AZN