Category Archives: Kompüter kursları

Adobe Premiere proqrami

Adobe Premiere proqrami video mantaj ucun nezerde tutulmus proqramdir.Proqramda istenilen effektin verilmesi, video roliklerin hazirlanmasi ve s. oyredilir. Proqram professional muellim terefinden tedris olunur.

1 ayliq kursdur. 10 ders olur. Heftede 3 defe 1 saat ders kecirilir. Odenis ferdi sekilde 150 AZN

Windows əməliyyat sistemi

Windows əməliyyat sistemi
Windows əməliyyat sistemi 10 dərs olaraq keçirilir. Burada kompüterdən istifadə qaydaları və Windows əməliyyat sistemində idarəetmə öyrədilir.

Qiymət: Fərdi-50manat, Qrup-40 manat

Sonra davam olaraq Ofis proqramları keçirilir.

Sizə uğurlar!!!

Quark Express proqramı

Quark Express proqramı
Quark Express proqramı 2 aylıq kursdur.

Qiyməti:1 ay 70 manat

Sizə uğurlar!!!

Proqramlaşdırma

 

Proqramlaşdırma

Proqramlaşdırma dilləri – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili komputerin alqoritmi qəbul etməsi üçün istifadə edilir.

Proqramlaşdırma dilləri adi dillərdən \\\»sözlərin\\\» (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini komputerin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.

İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.

  • Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
  • Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
  • Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına \\\»göstərir\\\» ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.

Beləliklə, hər hansı verilenlerin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.

Proqramlaşdırma dərslərinə aşağıdakı proqram dilləri daxildir:

 Delphy, Pascal,  və s.

Hər proqram 2 ay olaraq keçirilir.

Qiymət: 1 ay 100  manat

Sizə uğurlar!!!

Adobe Photoshop proqramı

Adobe Photoshop kursu.

Təlim Adobe firmasının ən tanınmış proqram təminatı olan Photoshop proqramına aiddir. Bu proqram köhnə şəkillərin bərpası və olan şəkilləri redaktə etmək üçün əvəzsizdir. Təlim zamanı dinləyicilər müxtəlif növ şəkillərlə işləməyi, photoshopun əsaslarını, sistemə uyğunlaşdırılmasını, şəffaf və qeyri şəffaf materiallarla işləməyi və işıq effektlərinin yaradılmasını, şəkillərin poliqrafiya və veb üçün korreksiya olunmasını, müxtəlif dizaynların qurulmasını, hər növ çap materialların hazırlanmasını öyrənəcəklər. Kursu bitirən dinləyicilər poliqrafik, dizayn və reklam firmalarında asanlıqla özlərinə iş tapa biləcəklər.

Kompüter qrafikası kurslarının davamiyyəti:

10 saat

 

Kompüter qrafikası kurslarına qəbul üçün tələb olunan biliklər:

Kompüterdə işləməyi bacarma

 

Kompüter qrafikası – CorelDraw və Adobe Photoshop kurslarının sonunda verilən ixtisas:

DIZAYNER

 

Kompüter qrafikası kurslarında məşğələlərin cədvəli:

Hər dərs 1 saat olmaqla, həftədə 3 dəfə

 

Kompüter qrafikası kurslarında məşğələlərin vaxtı

Saat 9-00-dan 20-00-a qədər

 

 

 

Qiymət: Fərdi-70 manat, Qrup-50 manat

Adobe Photoshop və Corel Draw proqramlarını müvəffəqiyyətlə bitirən tələbələr Dizayner ixtisası alaraq Diplomla təmin olunur.

 

Ofis proqramları

Ofis proqramları

(Komputer kursları)

İntellekt kursları sizləri professional komputer mütəxəsisi olmağa dəvət edir.

Kurs müddəti 3 aylıqdı. 3 aylıq kursda WINDOWS, WORD, EXCEL, POWER POINT,

internet dərsləri keçirilir.

Dərslər həftədə 3 dəfə 1 saat olmaqla 3 və ya 5 ay müddətinə keçirilir.
3 aylıq ofis proqramlarını bitirən tələbə BEYNƏLXALQ DƏRƏCƏLİ SERTİFİKATLA təmin olunur.
5 aylıq ofis proqramlarını bitirən tələbə isə DİPLOMLA təmin olunur.
Aylıq ödəniş fərdi şəkildə -40 AZN
Qrup (2 nəfər) -30AZN

Bunlardan əlavə kursumuzda MS OFFİCE ACCESS, EXCEL

proqramlarını professional şəkildə də öyrənə bilərsiniz.

Kursu tez bitirmək istəyən tələbələr hər gün dərs təyin edib yekunlaşdıra bilərlər.

Sizə uğurlar!!!

KOMPÜTER TƏMİRİ (İT)

Kompüter təmiri (İT) ilə bağli kurslar 3 aylıq olur

Dərslərin əsas mövzuları:
Kompüterin əsas daxili hissələri, kompüterin iş prinsipi.
Kompüterin yığılması və sökülməsi.
Daxili qurğuların quraşdırılması (Prosessor, RAM, VGA, Hard Disk, Ana  plata, Enerji bloku və s.)
BİOS haqqında məlumat.
Kompüterin format olunması, Windows XP,7,8,10 əməliyyat sistemlərinin  yazılması
Windows əməliyyat sisteminə dil paketinin yüklənməsi.
Drayverlərin, standart proqramların, təhlükəsizlik üçün antivirus proqramlarının yüklənilnməsi
Windows əməliyyat sistemindəki problemlər və onların həlli yolları
Kompüterə əlavə qurğuların qoşulması və drayverlərinin yazılması (printer, skaner, veb-kamera və s.)
Şəbəkələr haqqında məlumat. Şəbəkənin qurulması üçün nələri bilmək lazımdır.
Modem, Router, Switch qurulması və şəbəkədə istifadəsi.
Şəbəkənin qurulması və Şəbəkə Printerdən ortaq istifadə.
Reklamların aradan qaldırılması, silinmiş faylların bərpası, hdd testi , parolların ləğv olunması və s.
Kompüter təmirçisinə lazım olacaq proqramlar
Notebook təmiri kursu
Dərslər dərs otaqı və intellekt servis mərkəzində keçirilir, kopüterlərin üzərində praktika etmək üçün hər bir şərait var.
Dərslər həftədə 2 dəfə 1,5 saat olmaqla keçirilir. Əlavə pulsuz praktiki dərslərdə keçirilir.
Kursu müvəffəqiyyətlə bitirən tələbələr BEYNƏLXALQ dərəcəli DİPLOMLA təmin olunur və  işə düzəlməkdə yardım edilir.
(İT kursu 36  dərs saatından ibarətdir,
12 saat dərs — qrupda 95 Azn, fərdi 135 Azn )

 

 

SYSTEM  ADMİNİSTRATİON  ( SERVER 2012)

 

Kursumuzda  həmçinin  System Administration (Server 2012)  üzrə də professional  müəllimlər tərəfindən dərslər keçirilir.

Kurs səviyyəsindən asılı olaraq 3 və 6 ay ərzində tədris olunur. Dərslər həftədə 3 dəfə 2 saat olmaqla fərdi şəkildə keçirilir.

Ödəniş fərdi — 250 AZN

Dərslərin ümumi proqramı aşağıdakılardan ibarətdir:

-Server  2012

-TMG Server

-Active Directory

-DHCP

-DNS

-Routing və  Remote  Access

-Network  policy  Server  Roler  Role Service

-Şəbəkə  Resursları

 

SQL  SERVER

SQL dərsləri həftədə 3 dəfə 1 saat olmaqla ümumi 2 aylıq kurs olur.

Fərdi şəkildə ödənişi 300 AZN

INTERNET

INTERNET

Müasir həyatımızda internetin rolu böyükdür. İnternet dərsləri 3-5 saat keçirilir.
Sizə uğurlar!!!

İNTERNET DƏRS PROQRAMI
• INTERNET NƏDİR, TARİXİ
• INTERNETƏ NECƏ QOŞULMAQ OLAR, MODEM
• INTERNETƏ QOŞULMA YARLIĞININ YARADILMASI
• INTERNET KARTININ QEYDİYYATI
• DİAL UP / ADSL FƏRQİ
• BRAUZERLƏR HAQQINDA MƏLUMAT
• DOMENLƏR HAQQINDA MƏLUMAT
• ÖLKƏ DOMENLƏRİ (AZ, RU, TR, US VƏ S.)
• TƏŞKİLAT DOMENLƏRİ (COM, ORG, İNFO, GOV VƏ S.)
• SAYTIN ADI NƏLƏRDƏN İBARƏTDİR (NAME.GOV.AZ)
• SAYTA NECƏ DAXİL OLMAQ OLAR
• BƏZİ MARAQLI SAYTLAR HAQQINDA MƏLUMAT
• E-MAİL NƏDİR, ÜSTÜNLÜKLƏRİ
• E-MAİLİN ADI NƏLƏRDƏN İBARƏT OLUR (NAME@MAİL.AZ)
• E-MAİL ÜNVANLARINDA QEYDİYYAT
• LOGİN, PAROL, AÇAR SÖZ NƏ DEMƏKDİR, ƏHƏMİYYƏTİ
• E-MAİLLƏ MƏKTUB GÖNDƏRMƏK, QƏBUL ETMƏK
• GOOGLE EARTH HAQQINDA, YAADIĞIN YERƏ KOSMOSDAN BAXIŞ, KÜÇƏLƏRİN ADLARINA VƏ DİGƏR
OBYEKTLƏRƏ BAXIŞ
• İNTERNETİN MÜASİR HƏYATIMIZDA ƏHƏMİYYƏTİ

Corel Draw proqramı

 

Corel Draw proqramı

 

Corel DRAW kursu haqqinda 

 

Kompüter qrafikası təlim kursu müasir kompüter qrafikasının imkanlarını mənimsəməyə çalışan kompüter sahibləri, o cümlədən fərdi kompüterdə başlanğıc səviyyədə işləməyi bacaran reklam, dizayner, ictimai əlaqələr (public relations) mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Proqram üzrə kurslarda təlim keyfiyyətli metodik materiallardan istifadə etməklə dinləyicilərin təlim kurslarına tam cəlb edilməsinə əsaslanmışdır. Məşğələlər abituriyentlər üçün rahat vaxtda və sərbəst yaradıcı atmosferdə aparılır. Kompüter qrafikası təlim kurslarını zəngin əməli təcrübəyə malik peşəkar müəllimlər aparır.

 

 

Corel Draw kurslarının davamiyyəti:

10 saat

Kompüter qrafikası kurslarına qəbul üçün tələb olunan biliklər:

Kompüterdə işləməyi bacarma

Kompüter qrafikası – CorelDraw və Adobe Photoshop kurslarının sonunda verilən ixtisas:

DIZAYNER

Kompüter qrafikası kurslarında məşğələlərin cədvəli:

Hər dərs 1 saat olmaqla, həftədə 3 dəfə

Corel Draw kurslarında məşğələlərin vaxtı

Saat 9-00-dan 20-00-a qədər

 

 

Qiymət: Fərdi-70 manat, Qrup-50 manat

 

 

Sizə uğurlar!!!

Auto CAD proqramı

Autocad kursu mexanika, inşaat, xəritə, elektrik, elektronika, sənaye mühəndisləri və texnikləri, daxili və xarici memarlar və texniki rəssamlar üçün nəzərdə tutulur.Tələbələrimiz Autocad kursunu bitirməklə Autocad proqramının bir çox detallarını öyrənmiş olacaqlar. Bununla mexanika, inşaat, memarlıq və digər sektorlarda bütün texniki qrafikləri və çertyojları 2 və ya 3 ölşülü olmaqla düzgün şəkildə qura biləcəklər. 

AutoCAD kurslarının davamiyyəti:

20 saat

 

AutoCAD kurslarına qəbul üçün tələb olunan biliklər:

Kompüterdə işləməyi bacarma

 

AutoCAD kurslarının sonunda verilən ixtisas (peşə)

Diplom verilir

 

AutoCAD kurslarında məşğələlərin cədvəli:

Gündə 1 saat olmaqla həftədə 3 dəfə. Ümumi kurs – 20 saat

 

AutoCAD kurslarında məşğələlərin vaxtı

Saat 9-00-dan 20-00-a qədər

 

AutoCAD kursunun təlim proqramı

1. AutoCAD sisteminə giriş.

 

  • Paketin təyinatı, onun imkanları.
  • Sistemin yüklənməsi. Başlanğıc dialoq pəncərəsi
  • Ekranın sahələri. Dünya və istifadəçi koordinat sistemləri. Menyu, sətrlər və alət panelləri. İlkin tənzimləmə.
  • Əmr sətrləri, mətn pəncərəsi, proqramla dialoq. AutoCAD işin səciyyəvi xassələri.
  • İşin başa çatdırılması və təsvirlərin yaddaşa yazılması. AutoCAD proqramında istifadə edilən fayl növləri

 

2. Cizginin hazırlanması – AutoCAD proqramının əsas təyinatı

 

  • Mövcud cizgilərin açılması. Problem yaranan zaman tədbirlər.
  • Yeni cizgilərin yaradılması. Hazır cizgilərin və ya onların fraqmentlərinin daxil edilməsi. Şəkillərin daxil edilməsi.
  • Xarici istinadlar. Vektor və raster qrafikasının əsas fərqi
  • Cizginin təzələnməsi və yenidən yaradılması
  • Təsvirlərin ölçüsünün dəyişdirilməsi və panoramı. Koordinatların daxil edilmə üsulları.
  • Səhv əmrlərin ləğvi. Əmrlərin geri qaytarılması

 

3. Obyektlərin əsas xassələri

 

  • Layların təyinatı. Layların yaradılması və onlarla iş
  • Obyektlərin rənginin cizgilərdə istifadəsinin mənası
  • Xətt növünün seçilməsi və yüklənməsi. Obyektlərə xətt növünün təyini
  • Obyektlərin xassələrini redaktə etmə imkanları

 

4. Qrafik primitivlər təsvirin əsası kimi.

 

  • Sadə primitivlər və onların qurulması
  • Tərkibi primitivlər: qurulması və bölünməsi

 

5. Mürəkkəb qrafik primitivlər.

 

  • Tək xətlə işin səciyyəsi.
  • Çox saylı xətlərlə işin səciyyəsi.
  • Ştrixlərlə işin səciyyəsi.

 

6. Təsvirlərin redaktəsi üçün vasitələr

 

  • Redaktə əmrləri.
  • Qələmlərin (nişanlayıcının) köməyi ilə redaktə

 

7. Rejimlərin tənzimlənməsi və əməli çəkmə üsulları (sxemin cizgisi misalında).

 

  • Təsvirlərin ölçü və miqyas vahidlərinin şərtiliyi.
  • Obyektlərin əlaqələndirilməsi mexanizmi
  • Təsvirin sərhədlərinin təyini və tənzimlənməsi
  • Cizgilərin standart formatları

 

8. Kiçik ekranda böyük və mürəkkəb təsvirlə səmərə ilə işləməni təmin edən sistemin imkanları (sxemin cizgisi misalında)

 

  • Obyektlərin seçilmə mexanizmi (siklik seçim, seçim açarları, obyektin seçilmə süzgəcləri)
  • Obyektlərin qruplaşdırılması.
  • Ad verilmiş növlərin yaradılması.

 

9. Cizginin konstruktor sənədi kimi yaradılması (sxemin cizgisi misalında).

 

  • Vərəqin sahəsi (modelin sahəsindən fərqli olaraq).
  • Mətn məlumatının daxil edilməsi
  • AutoCAD mətn redaktoru pəncərəsində iş

 

10. Blokların yaradılması və istifadəsi (cizginin əsas yazısı misalında).

 

  • Cizgilərdə bloklardan istifadə üstünlüyü.
  • Blokların yaradılması və daxil edilməsi
  • Blokların parametrləri, onların yaradılması və redaktəsi
  • Xarici bloklardan istifadə.
  • Fayl şablonların yaradılması

 

11. İstifadəçinin koordinat sisteminin yaradılması və onlarla iş üsulları (tikinti cizgisi misalında).

 

  • Çoxsaylı istifadəçi koordinat sistemlərinin yaradılması.
  • Nazik xətlərlə işlənmiş cizginin üstündən çəkmə üsulları.

 

12. Cizgilərdə ölçülərin qoyulması (tikinti cizgisi misalında).

 

  • Ölçü üslublarının tarazlanması
  • Ayrı-ayrı ölçülərin, ümumi baza ölçülərinin və ölçü zəncirlərinin hazırlanması
  • Ölçülərin redaktəsi.

 

13. Çəkiliş rejimlərinin və ölçü üslublarının tarazlığının xüsusiyyətləri (maşınqayırma cizgiləri misalında)

 

  • Ölçü üslublarının tarazlanmasının səciyyəsi
  • Ölçülərin və yayınma hüdudlarının daxil edilməsi
  • Cizgilərdə səthin yol verilən forma və yerləşməsinin göstərilməsi

 

14. Cizginin çap surətinin alınması (maşınqayırma cizgiləri misalında).

 

  • AutoCAD proqramında yaradılmış təsvirlərin printerə/plotterə verilməsi.
  • “Print/Plot Configuration” dialoq pəncərəsinin variantlarının tarazlanması

 

15. AutoCAD proqramında üç ölçülü qrafikanın imkanlarının qiymətləndirilməsi (obyektlərin sərt gövdəli modellərinin misalında)

 

  • Üç ölçülü obyekt səthlərin və ya bərk cisimlərin birləşməsi kimi
  • Sərt gövdəli primitivlər
  • Mürəkkəb obyektlərin yaradılması əmrləri
  • Üç ölçülü obyektlərin ekranda təsviri.

 

Qiyməti: Fərdi – 100 manat (1 ay),Qrup – 80 manat (1 ay)