test Proqramlaşdirma Archives - intellekt-rm.edu.az | intellekt-rm.edu.az

Category Archives: Proqramlaşdirma

Proqramlaşdırma

 

Proqramlaşdırma

Proqramlaşdırma dilləri – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili komputerin alqoritmi qəbul etməsi üçün istifadə edilir.

Proqramlaşdırma dilləri adi dillərdən \\\»sözlərin\\\» (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini komputerin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.

İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.

  • Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
  • Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
  • Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına \\\»göstərir\\\» ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.

Beləliklə, hər hansı verilenlerin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.

Proqramlaşdırma dərslərinə aşağıdakı proqram dilləri daxildir:

 Delphy, Pascal,  və s.

Hər proqram 2 ay olaraq keçirilir.

Qiymət: 1 ay 100  manat

Sizə uğurlar!!!